Marketlərdən sarı yumurtalar yığışdırılır
21 Aprel 2025, 22:35
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
4130
25.04.2018, 16:40
Azərbaycan Prezidentinin İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə 20 aprel 2018-ci il tarixli Sərəncamı 11 193 nəfərə şamil olunacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarına biganə münasibət hökm sürsə də, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın iradəsi ilə 1993-cü ilin iyun ayında yenidən respublika rəhbərliyinə qayıdışından sonra 9 May - Qələbə günü yenidən dövlət bayramları sırasına daxil edilib.
Eyni zamanda, bu böyük Qələbədə payı olan insanların qayğı ilə əhatə olunması istiqamətində mühüm dövlət tədbirlərinə başlanılıb. Bu gün də İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminatlarının artırılması, onların rifah halının yaxşılaşdırılması prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətləri sırasındadır.
Həmin insanların sosial müdafiəsinə yönələn tədbirlərdən biri kimi, hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sərəncamlar imzalanır. 1941-1945 -ci illər İkinci Dünya müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar imzalanan 20 aprel 2018-ci il tarixli Sərəncam da bu məqsədə yönəlib.
Sərəncam ümumilikdə 11 193 nəfər şəxsə şamil olunacaq. Onlardan 563 nəfəri İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarıdır ki, sərəncama əsasən, onların hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək. Qalan 10 630 nəfəri isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş insanlar, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları təşkil edir. Sərəncamla bu insanların da hər birinə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası olaraq, qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılması və Maliyyə Nazirliyi tərəfindən həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsi nəzərdə tutulub.
Müvafiq Sərəncamlarla İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımların məbləği də getdikcə artırılır. Son illərdə bu maddi yardımların məbləği 25 faiz artırılıb və müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən Sərəncamın tam və vaxtlı-vaxtında icrası təmin edilməklə, 9 May - Qələbə gününədək müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi tam həyata keçiriləcək.
Birdəfəlik maddi yardımların avtomatlaşdırılmış qaydada həmin insanların bank hesablarına köçürülməsi, beləliklə, tam şəffaf şəraitdə ödənişinin həyata keçirilməsi təmin olunacaq.
İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə də təmin olunurlar. Dövlət başçısının imzaladığı Sərəncamlarla cari ildə də əmək pensiyalarının və təqaüdlərin, o cümlədən İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarına yönələn pensiya və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən indiyədək 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs isə minik avtomobili ilə təmin edilib. Onların ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlərlə, habelə bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür.
Həmçinin oxuyun
23:22 / 21 Aprel 2025
Bakıda iki qız itkin düşdü
1
22:43 / 21 Aprel 2025
Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
14
22:35 / 21 Aprel 2025
Marketlərdən sarı yumurtalar yığışdırılır
52
21:56 / 21 Aprel 2025
16 milyon dollar sərvəti kimə qalacaq?
26
21:40 / 21 Aprel 2025
Sabah bu ərazilərdə işıq olmayacaq
303
21:10 / 21 Aprel 2025
Ərəblər ona 300 milyon dollar ödəyəcəklər
49
20:33 / 21 Aprel 2025
FSB meriyanı ələ keçirmək istəyən Volqoqrad sakinini saxlayıb
57
20:29 / 21 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
175
20:22 / 21 Aprel 2025
Tramp Ukrayna və İran danışıqlarında irəliləyiş olduğunu bildirib
52
20:10 / 21 Aprel 2025
Nazirin çantası oğurlandı
145
19:54 / 21 Aprel 2025
Abxaziyada rusiyapərəst Ardzinba saxlanılıb
66
19:52 / 21 Aprel 2025
Mehman Dadaşov vəfat edib
684
19:44 / 21 Aprel 2025
Prezident sərəncam imzaladı
165
19:35 / 21 Aprel 2025
Rada ABŞ-ın Ukrayna üzrə danışıqlardan çıxmasının nəticələrini açıqlayıb
67
19:30 / 21 Aprel 2025
Təranə Səidova vəfat edib
119
19:16 / 21 Aprel 2025
Ukrayna Silahlı Qüvvələri Rusiyanın planını alt-üst etdi
78
19:05 / 21 Aprel 2025
Tramp və 9 may: Kreml buna son qoydu
85
19:02 / 21 Aprel 2025
Papa yola salınır
72
18:59 / 21 Aprel 2025
Politoloq ABŞ-ın Ukrayna danışıqlarından çıxması riskini açıqlayıb
74
18:56 / 21 Aprel 2025
Öz qanını çağırışçıların qanına qarışdıran laborantla bağlı məsələyə - Rəsmi reaksiya
190
18:39 / 21 Aprel 2025
Peskov: Rusiya Ukrayna ilə danışıqlara hazırdır
74
18:32 / 21 Aprel 2025
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
332
18:29 / 21 Aprel 2025
Maştağada dayıqızı-bibiqızı itkin düşdü - Foto
184
18:24 / 21 Aprel 2025
Putin: “Ukrayna sülh təşəbbüslərini rədd etməməyə sövq edilib”
76
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.